İnsan Resursları Təcrübə Proqramının VI sessiyası çərçivəsində sertifikatlaşdırma mərhələsi keçirilib. Mərhələ çərçivəsində proqramda iştirak edən şəxslərə müvafiq sertifikatlar təqdim olunub.
Tədbir iştirakçıların proqram müddətində əldə etdikləri bilik və bacarıqların qiymətləndirilməsi, onların peşəkar inkişafının təşviqi və insan resursları sahəsində qazandıqları təcrübənin təsdiqlənməsi baxımından əhəmiyyət daşıyıb.
Sertifikatlar təqdim olunması ilə yanaşı, iştirakçılar üçün karyera görüşü də təşkil edilib. Görüş zamanı karyera inkişafı, əmək bazarının tələbləri, işə qəbul prosesinin xüsusiyyətləri və peşəkar inkişaf imkanları ətrafında müzakirələr aparılıb. İştirakçılar gələcək karyera planlaması ilə bağlı faydalı məlumatlar əldə etmək və onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanıblar.
Karyera görüşü iştirakçıların peşəkar hədəflərini müəyyənləşdirmələrinə, əmək bazarına daha hazırlıqlı yanaşmalarına və gələcək karyera imkanlarını daha yaxşı dəyərləndirmələrinə dəstək məqsədi daşıyıb.
İnsan Resursları Təcrübə Proqramı gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların əmək bazarına hazırlığının gücləndirilməsi və peşəkar karyera imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.